Ukrayna məhkəməsi deputat Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 12 milyon dollara yaxın sərvətinə həbs qoyub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, məhkəmə Marçenkonun 440 milyon qrivnadan (11,9 milyon dollar) çox dəyərində "gizli" aktivlərinə həbs qoyub.
Məlumata görə, Medvedçukun həyat yoldaşı bu aktivlərə üç ofşor şirkət vasitəsilə sahibdir.
Mənbə: publika.az