ABŞ-da anti-semitizm halları 2022-ci ildə ən yüksək həddə çatıb

ABŞ-da anti-semitizm halları 2022-ci ildə ən yüksək həddə çatıb<span class="qirmizi"></span>

Türkiyəni TRT telekanalı xəbər verir ki, ABŞ-ın yəhudi təşkilatlarından “İnkar və Diffamasiyaya Qarşı Birlik” (ADL) bu barədə açıqlama yşayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2022-ci ildə ABŞ-da 3 min 697 anti-semitizm hadisəsi qeydə alınıb. Bu da 1979-cu ildən bəri qeydə alınan “ən yüksək nisbət” hesab edilir. 2021-ci ilə müqayisədə isə 36 faiz artdığı göstərir.

Açıqlamada həmçinin qeyd edilib ki, anti-semitizm hadisələrinin ən çox olduğu ştat 580 hadisə ilə Nyu-York ilk sırada iştirak edir. Bu ştatı 518 hadisə ilə Kaliforniya, 408 hadisə ilə Nyu-Cersi, 269 hadisə ilə Florida və 211 hadisə ilə Texas izləyib.

 

Mənbə: sia.az