Sulu kotlet oğurusu tutulub...

Sulu kotlet oğurusu tutulub...<span class="qirmizi"></span>

Deməli, Rusiyanın Kirov bölgəsində bir müddət bundan əvvəl koloniyadan azad edilmiş yerli sakin yeməkxananın pəncərəsindən içəri daxil olaraq...bir "pors" sulu kotlet oğurlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional idarəsindən verilib.

Xəbərə görə, həmin şəxsə qarşı yeni cinayət işi açılıb.

Beləliklə, polis şöbəsinə bölgənin Muraşi şəhərindəki yeməkxanalardan birinə gecə saatlarında oğurluq edildiyi barədə məlumat daxil olub. Belə ki, pəncərədən yeməkxanaya daxil olan oğru, ət, küftə, tərəvəz və digər dişəçəkiləsi nə varsa bir qazana yığaraq aradan çıxıb.

Sonradan polis şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, bu yaxınlarda həbsdən çıxan Muraşi sakinidir. Qeyd edək ki, onun evində yeməkxanadan oğurlanan qazan da dəlili-sübut kimi götürülüb.

Hazırda həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsi ilə “Oğurluq binaya qanunsuz daxil olmaq” maddəsi ilə cinayət işi başlanıb.

 

Mənbə: sia.az