Boşanan ana uşaqlarını boğub intihar etdi

Boşanan ana uşaqlarını boğub intihar etdi<span class="qirmizi"></span>

Londonda evdə 7 və 9 yaşlı oğlanların meyitləri tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, boğulmuş oğlanlar analarının meyitinin yanında aşkarlanıb. İlkin versiyaya görə, o, oğullarını öldürərək intihar edib.

Qonşuların dediyinə görə, mərhum ərindən boşandıqdan sonra uşaqları tək böyüdüb. Qeyd olunur ki, ata hadisə yerinə gəlib və oğlanların meyitlərinin şəxsiyyətini müəyyənləşdirib.

Hazırda polis hadisənin bütün hallarını müəyyənləşdirir.

Mənbə: lent.az