“Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı

“Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı<span class="qirmizi"></span>

Sabirabadda 30 min manatdan çox pulu oğurlayan şəxs tutulub.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, DYP əməkdaşları tərəfindən “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Maşında olan sərnişin Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Müvafiq tədbirlər davam etdirilir.

Mənbə: qafqazinfo.az