Gəncədə yem mağazası yanıb - FOTO

Gəncədə yem mağazası yanıb - FOTO<span class="qirmizi"></span>

Gəncədə yem mağazasındakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirlıyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Mənbə: oxu.az