Kahramanmaraşda keçi zəlzələnin 47-ci günündə dağıntılar altından sağ çıxdı - VİDEO

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda üçmərtəbəli binanın dağıntıları altında qalan keçi zəlzələnin 47-ci günündə sağ çıxarılıb.

Keçinin sahibi olan Sezer Tündükozan adlı fermer 1 yaşlı keçisini nə kəsmək, nə də satmaq fikrində olduğunu bildirib.

Qeyd olunur ki, keçinin sağ çıxdığı həmin üçmərtəbəli binanın çökməsi nəticəsində orada yaşayan 3 sakin həlak olub.

Mənbə: DHA

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

BMT: Bəşəriyyətin yaşaması su ehtiyatlarının idarə olunmasından asılıdır

SONRAKI XƏBƏR

Rusiyada ekologiyaya xeyir verən plastik paltarlar hazırlanır - FOTO