Yevlaxda mikroavtobus təmizlik işçilərini vurdu, bir nəfər öldü, digəri ağır yaralandı.
Hadisə səhər saatlarında Yevlax şəhər 7 saylı orta məktəbin yaxınlığında baş verib.
Sərnişin daşıyan mikroavtobus yolda təmizlik işləri ilə məşğul olan iki qadını vurub.
Qadınlardan biri yerindəcə keçinib. Digəri isə ağır durumda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.