Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var <span class="qirmizi"></span>

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az