Tula vilayətində partlayış törədilib?

Tula vilayətində partlayış törədilib?<span class="qirmizi"></span>

Rusiya Federasiyasının Tula yaxınlığındakı Kireevsk şəhərində güclü partlayış baş verib. 3 nəfərin yaralandığı deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayətin qubernatoru Aleksandr Dyuminin mətbuat xidməti yayımlayıb.

Beləliklə, martın 26-da günortadan sonra yerli sakinlər Tula vilayətində yaşayış sektorunda fərdi evin ərazisində partlayış baş verdiyini bildiriblər.

Təcili yardım maşını 9 dəqiqə sonra hadisə yerinə gəlib. Zərərçəkənlərdən birinə yerindəcə tibbi yardım göstərilib.

“Daha bir zərərçəkmiş tibb müəssisəsinə aparılıb, onun həyatına və sağlamlığına heç bir təhlükə yoxdur”, - deyə rayonun mətbuat xidmətindən bildirilib.

Xəsarət alan üçüncü şəxs xəstəxanaya özü gedib.

Daha əvvəl iki qurbanın qəlpə yaraları aldığı məlum olub. Hadisə nəticəsində zərər çəkmiş ərazidə yerləşən üç yaşayış binası və dörd yardımçı tikili də zərər görüb. Partlayışın səbəbləri və şəraiti müəyyənləşdirilir.

Əli Babayev

Mənbə: sia.az