Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb<span class="qirmizi"></span>

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "Hyundai" markalı avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Həsənli Nihad Taleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisəni törədən sürücünün ərazidən qaçdığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az