İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb

İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb<span class="qirmizi"></span>

İtaliyanın Lampeduza adasının limanında miqrantları xilas edən və küçə rəssamı Benksi tərəfindən maliyyələşdirilən “Luiza Mişel” adlı gəmi saxlanılıb.

Məlumata görə, gəmi heyəti qeyri-hökumət təşkilatları tərəfindən miqrantlara yardımın yenilənmiş qaydalarını pozub. Lakin ekipaj üzvlərinə həbslə bağlı rəsmi yazılı əsaslandırma təqdim olunmayıb.

Qeyd edək ki, son 4 gün ərzində İtaliyaya dəniz yolu ilə dörd mindən çox qeyri-qanuni miqrant gəlib.

Mənbə: gazeta.ru

Mənbə: www.oxu.az