Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib<span class="qirmizi"></span>

Kolumbiyanın polis rəisi general Henri Sanabria etiraf edib ki, o və digər zabitlər ölkədə cinayətkarlıqla mübarizə üçün dualar, dini və cinçıxarma ayinlərindən istifadə ediblər.

Onun sözlərinə görə, narkotik kartelinin lideri Pablo Eskobarın zərərsizləşdirilməsi zamanı da analoji tədbirlər tətbiq olunub.

Sanabria iddia edir ki, son 50 ildə dini ayinlər cinayətkarlarla silahlı münaqişələr zamanı ona kömək edib. Nümunə olaraq o, 1993-cü ildə Eskobarın, 2011-ci ildə partizan lideri Alfonso Kanonun öldürülməsini göstərib.

“Şeytanın varlığı qətidir. Mən onu görmüşəm. Mən onu hiss etmişəm”, - deyə polis rəisi bəyan edib. O, bildirib ki, polisin əleyhdarları da cadugərliyə əl atıblar.

Qeyd edək ki, Sanabrianın açıqlamaları katolik ənənələri ilə məşhur ölkə olan Kolumbiya sosial mediasında qızğın müzakirələrə səbəb olub.

Mənbə: mk.ru

Mənbə: www.oxu.az