Bakıda DƏHŞƏT: Bacısının ölümünə dözməyən qardaş intihar etdi

Bakıda evdən iki meyit tapılıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Telefonların zəmanət müddəti beş dəfə artırılacaq

SONRAKI XƏBƏR

Belçikadan Azərbaycana dəstək: bu sahələrdə layihələrin reallaşdırılması...