Taliban Tacikistan vətəndaşlarının terrorda əli olduğunu bildirdi

Əfqanıstanda Taliban rejiminin Baş Kəşfiyyat İdarəsi martın 9-da Əfqanıstanın Bəlx vilayətinin qubernatorunun ölümü ilə nəticələnən terror aktında Tacikistan vətəndaşlarının əli olduğunu iddia edir.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Fəryab əyalətində əməliyyat keçirilib, nəticədə Bəlx vilayətinin valisinə hücumda iştirak edən qrupun bütün üzvləri həbs edilib. Bu əməliyyat zamanı terroru törədən qrupun üzvlərin Tacikistan vətəndaşı olduğu və hücumu törətmək üçün bir müddət əvvəl Əfqanıstana göndərildiyi məlum olub",- deyə idarənin bəyanatında qeyd olunub.

Xatırladaq ki, bu ilin martında Əfqanıstanın Bəlx əyalətinin qubernatoru administrasiyanın ofisində intiharçının hücumu nəticəsində həlak olub. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Tunar Altunbay

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Fransa Senatında terrorçulara medal verildi

SONRAKI XƏBƏR

Məşhur futbolçunun qardaşı oyunda infarkt keçirdi, özünə gələn kimi isə.... - FOTO