Türkiyədə atışma: Biri uşaq olmaqla üç nəfər yaralandı - FOTO

Türkiyənin Bağcılar ərazisində silahlı insident baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Sancaktəpə məhəlləsində qeydə alınıb.

İddialara görə, adlarını məlum olmayan və aralarında ədavət yaranan iki şəxs Osmanqazi küçəsində üz-üzə gəlib.

Əlində silah olan şəxs qarşı tərəfə atəş açıb.

Hücuma məruz qalan şəxslə birlikdə biri uşaq olmaqla üç nəfər yaralanıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub.

İnsidenti törədən şəxs hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Akşənərin etirazı “Masa”da gərginlik yaratdı - Davudoğludan cavab gəldi

SONRAKI XƏBƏR

XİN-dən İranda yoxa çıxan azərbaycanlı tələbə ilə bağlı açıqlama