Ana üç yaşlı qızını, sonra da özünü BIÇAQLADI: Biri öldü

Ana üç yaşlı qızını, sonra da özünü BIÇAQLADI: Biri öldü<span class="qirmizi"></span>

Türkiyənin Konya bölgəsinin Sarayönü rayonunda 3 uşaq anası qızını bıçaqla öldürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 yaşlı qızını öldürən Sevda K. psixoloji pozğunluğu olduğu təsbit edilib.

Məlumata görə, qadın qızına xəsarət yetirdikdən sonra özünə də bıçaqla qəsd edib. Ağır yaralanan uşağın öldüyü məlum olub.

Psixi pozğunluğu səbəbindən qadın Kayseri Şəhər Xəstəxanası Yüksək Təhlükəsizlik Ədli Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Mənbə: lent.az