Şüşə fabrikində partlayış oldu

Şüşə fabrikində partlayış oldu<span class="qirmizi"></span>

Türkiyənin Kırklareli şəhərində şüşə fabrikində partlayış olub.

Sonxeber.az xəbər verir ki, ətrafdakı şəxslər hadisə ilə bağlı olaraq yanğınsöndürənlərə zəng ediblər.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürən əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində fabrika ciddi ziyan dəyib.

İlkin ehtimallara görə, partlayış baş vermə səbəbi elektrik xəttində olan nasazlıqla əlaqələndirilir.

 

 

 

 

 

Mənbə: sonxeber.az