Naxçıvanda qəza: xəsarət alanlar var

Naxçıvanda qəza: xəsarət alanlar var<span class="qirmizi"></span>

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bugün axşam saatlarında Culfa rayon ərazisində qeydə alınıb.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində şəhid ailəsi, Ordubad rayon Düylün kənd sakini 1964-cü il təvəllüdlü Allahverdiyev Allahverdi Nəcəf oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Allahverdiyev Hüseyn Allahverdi oğlu xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az