Əfqanıstanda zəlzələ oldu

Əfqanıstanda zəlzələ olub.

Sonxeber.az xəbər verir ki, zəlzələ 6.5 bal gücündə qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.

Zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Açıqlamaya əsasən, zəlzələ 187,6 kilometr dərinlikdə baş verib.

Paytaxt Kabildə təxminən 30 saniyə davam edən zəlzələ zamanı insanlar təşviş içində küçələrə axışıb.

Zəlzələ Pakistan, Hindistan, Tacikistan və bəzi Orta Asiya ölkələrində də hiss olunduğu bildirilib.

 

 

 

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Əgər əks-hücumumuza dəstək verilməsə... - Arestoviç

SONRAKI XƏBƏR

Belarusun paytaxtında GÜCLÜ YANĞIN: iki versiya irəli sürüldü - VİDEO