Belarusun paytaxtında GÜCLÜ YANĞIN: iki versiya irəli sürüldü - VİDEO

Belarusun paytaxtında GÜCLÜ YANĞIN: iki versiya irəli sürüldü - VİDEO<span class="qirmizi"></span>

Belarusun paytaxtı Minsk şəhərində güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Kabuşkina küçəsində yerləşən Minsk Avtomobil Zavodunun ərazisində yanğın müşahidə olunur.

"Naşa Niva" yazır ki, "Minskzhelezobeton" zavodunda yanğın olması ilə bağlı da versiya var. Bu müəssisə həmin küçədə yerləşir.

"Yerli sakinlər saat 19:15 radələrində bir neçə səs eşidiblər", - nəşr əlavə edir.

Belarus fövqəladə hallar xidmətlərindən hələlik rəsmi məlumat daxil olmayıb.

Hüseyn İbadlı

Mənbə: publika.az