Ağ Ev İsraildə mübahisəli məhkəmə islahatına qarşı keçirilən etiraz aksiyalarında baş verənlərdən narahatlığını bildirib və bu ölkədə tez bir zamanda konsensusun əldə olunmasına çağırıb.
İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarına qarşı çıxan müdafiə naziri Yoav Gallantı istefaya göndərməsindən sonra ölkədə etirazlar şiddətlənib.
Sonxeber.az xəbər verir ki, hadisələrin ardınca ABŞ-dan barışıq bəyanatı gəlib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson İsrail liderlərini mümkün qədər tez konsensusa gəlməyə çağırıb. Bunun İsrail və onun vətəndaşları üçün ən yaxşı yol olduğu vurğulanıb.