Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb

Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb<span class="qirmizi"></span>

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

“Report”un Cənub bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: report.az