ABŞ-da məktəbə silahlı hücumun görüntüləri yayılıb - Video

ABŞ-da məktəbə silahlı hücumun görüntüləri yayılıb - Video<span class="qirmizi"></span>


ABŞ polisi Neşvill şəhərində xristian ibtidai məktəbində baş verən silahlı hücumun videogörüntülərini yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumu 28 yaşlı Odri Heyl törədib.
Onun uşaq ikən bu məktəbdə oxuduğu bildirilir. Hücum zamanı polis onu güllələyib.
Qeyd edək ki, martın 27-də 28 yaşlı Odri Heyl ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində xristian ibtidai məktəbinə silahlı hücum edib. Hadisə nəticəsində üç böyük və üç uşaq həlak olub. Аzyaşlıların hamısının doqquz yaşı var idi.
Faciədən sonra ABŞ prezidenti Co Bayden yenidən Konqresi hücum silahlarını qadağan edən qanunu qəbul etməyə çağırıb. Dünyasını dəyişənlər üçün matəm əlaməti olaraq bütün ölkədə rəsmi binalarda bayraqlar ayın sonunadək yarıya endiriləcək.
Məlumata görə, Neşvill faciəsi bu il ABŞ-da baş verən 129-cu kütləvi atışma olub.

Mənbə: www.yeniavaz.com