Azərbaycanlı dəstə başçısına 11 il həbs

Azərbaycanlı dəstə başçısına 11 il həbs<span class="qirmizi"></span>

Rusiyanın Komi respublikası Ali məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma üzvlərinə hökm oxuyub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşmaya bu ölkədə tanınmış “qanuni oğrular”dan olan Yuri Piçuqin başçılıq edirmiş.

Onun dəstədə ən yaxın adamı isə azərbaycanlı Oqtay Əfəndiyev olub. Məhkəmənin qərarı ilə Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, 700 min rubl cərimələnib.

Mənbə: lent.az