Qaxda yol qəzası: Bir nəfər yaralandı

Qaxda yol qəzası: Bir nəfər yaralandı<span class="qirmizi"></span>

Qax rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib. "Nissan" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099" markalı avtomobilin sərnişini, Qax rayonu Qıpçaq kənd sakini 1979-cu il təvəllüdlü Azər Cavanşir oğlu Davudov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: www.unikal.org