Xudatda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb

Xudat-Nabran avtomobil yolunun giriş hissəsində "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində Xudat şəhər sakinləri, 2003-cü il təvəllüdlü İskəndərov Fuad Murad oğlu, 2001-ci il təvəllüdlü Səfərov Rəvan Ramin oğlu, 2005-ci il təvəllüdlü Əlihəsənov Rövşən Hüseyn oğlu və 2005-cü il təvəllüdlü Musayev Vüqar Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

DİN Fazil Mustafanın evini və yaxınlarını mühafizəsini təmin edir - VİDEO

SONRAKI XƏBƏR

Arvadının yad kişilərlə yataq şəkillərini gördü: "Nənə, qoyma baxsın..." - Şok təfərrüat