Kimyəvi zavodda güclü yanğın olub

Kimyəvi zavodda güclü yanğın olub<span class="qirmizi"></span>

Novara şəhərində kimyəvi zavodda güclü yanğın baş verib.

SİA xəbər verir ki, bu barədə martın 29-da “NovaraToday” məlumat yayıb.

Yanğın səhər saatlarında Novara şəhəri yaxınlığındakı San Pietro Mosezzo kommunasının sənaye zonasında baş verib. Yerli KİV-in məlumatına görə, boya və həlledicilər istehsal edən “Kemi srl” kimya zavodunda irimiqyaslı yanğın baş verib.

Bildirilir ki, sənaye zonasının ətrafındakı ərazidən bütün insanlar təxliyə edilib. Xəsarət alanların olmadığı deyilir.

Bundan əlavə, yanğın ərazisində kimyəvi maddələrin iyi gəldiyi bildirilir ki, bunun da nəticəsində yerli hakimiyyət vətəndaşları pəncərələri açmamağa çağırıb.

Qəza yerində bir neçə yanğınsöndürmə briqadası və polis dəstələri işləyir.

Hazırda tam söndürülən yanğının səbəbləri araşdırılır.

 

Mənbə: sia.az