12 minlik lotereya bileti oğurladı: Heç nə udmadı

50 yaşlı Moskva sakini məşhur lotereyalara bilet satan şirkətin filialında işə düzəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nə vaxtsa onun ağlına lotereya biletlərini satmaq yox, mənimsəmək – və “öz mülahizəsi ilə sərəncam vermək” fikri yaranıb. Nəticədə 11970 bilet bədxah satıcının şikarına çevrilib. Onların dəyəri 1 393 850 rubl (18 min dollardan çox) təşkil edib.

Məlumata görə, bu məbləğdə bilet oğramasına baxmayaraq, kişi nəticədə heç nə uda bilməyib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Çin və Rusiya ilə münaqişəyə hazırlaşır - İDDİA

SONRAKI XƏBƏR

Rusiya qalib olsa, biz buna dözə bilmərik - NATO