Filippində gəmidə yanğın olub, azı 12 nəfər ölüb

Filippində sərnişində gəmisində baş verən yanğında azı 12 nəfər ölüb.

“Report” yerli “ABS-CBN”ə istinadən xəbər verir ki, ölənlərdən azı üçü uşaqdır.

Mediaqrupun məlumatına görə, yanğın Baluk-Baluk adasının sahilində başlayarkən “Lady Mary Joy 3” gəmisində təxminən 200 sərnişin olub. 57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Sahil mühafizəsi itkin düşənlərin axtarışını davam edir.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya ilə ABŞ arasında strateji hücum silahları müqaviləsi ilə bağlı məlumat mübadiləsi dayandırıldı

SONRAKI XƏBƏR

"Azərbaycanda inanılmaz dərəcədə böyük maraq gördük" - Dursun Özbek