Bakıda avtomobil park halında olan digər maşına çırpılıb - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarında dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı avtomobilə çırpıb.

Hadisənin təfərrüatı araşdırılır.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub? – Gecə baş verənlər

SONRAKI XƏBƏR

Yaşı 21-dən az olan ən yaxşı futbolçular bəlli olub