İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alan var

İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alan var<span class="qirmizi"></span>

İsmayıllı rayonunda avtomobil ağaca çırpılıb, xəsarət alan var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini Dəyanət Ağakişiyev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca dəyib, sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az