Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

Rusiyada azərbaycanlılara gəlin satan qadın  saxlanıldı<span class="qirmizi"></span>

Rusiyanın Rostov vilayətində qeyri-leqal azərbaycanlı miqrantlara gəlin satan qadın saxlanılıb.

Lent.az-ın məlumatına görə, Tahirə Hacımuradova adlı qadın neçə vaxtdır ki, 130 min rubl (təxminən 3 min manat) saxta sənədlərlə azərbaycanlılar üçün evlilik sənədi düzəldirmiş.

Martın 29-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Hacımuradovanı saxlayıb. Onun üzərində saxta sənədlər aşkar edilib.

Mənbə: lent.az