Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Məktəbli  anasının əməlinə görə  evə POLİS ÇAĞIRDI<span class="qirmizi"></span>

Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeniyetmənin anası ona kompüter oyunları oynamağı qadağan edib və o, bu yolla ondan qisas almaq qərarına gəlib.

Mənbənin sözlərinə görə, uşaq fövqəladə hallar üzrə xidmətə zəng edərək operatora anası tərəfindən döyüldüyünü deyib. Eyni zamanda oğlan həyəcanlı səslə danışıb.

Tezliklə polis yeniyetmənin çağırdığı ünvana gəlib. Zəng edilən yerdə, Moskvanın Altufievo rayonundakı mənzildə oğlanın anası və şikayətçinin özü olub.

Şagird anası ona gecə kompüter oynamağı qadağan edəndə və oğlunun yatmasını tələb edəndə polisə müraciət etdiyini etiraf etməyə məcbur olub.

Mənbə: lent.az