Yolu keçən kişini maşın vurub öldürdü

Yolu keçən kişini maşın vurub öldürdü<span class="qirmizi"></span>

Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 1-də saat 1 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini N.İsmayılov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini E.İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mənbə: lent.az