Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb<span class="qirmizi"></span>

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən, 1986-cı il təvəllüdlü Elmir İsmayılovu minik avtomobili vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az