Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Naməlum şəxs 36 yaşlı Teymurov Ramil Məhərrəm oğlunun qarnına 1 ədəd bıçaq zərbəsi endirib. Nəticədə o, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: lent.az