Qəza zamanı avtomobil ön bamperi üzərində dayandı - FOTO/ VİDEO

Qəza zamanı avtomobil ön bamperi üzərində dayandı - <span class="qirmizi">FOTO/ VİDEO</span>

Türkiyədə hər kəsi təəccübləndirən avtomobil qəzası baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Van-Erciş magistral yolunda qeydə alınıb.

Elektrik dirəyinə çırpılan maşın ön bamperinin üzərində dayanıb.

Ətrafdakılar bu qəribə hadisəni foto və video formasında lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Qəza zamanı sürücünün yüngül xəsarət aldığı bildirilib.

BAKU.WS həmin avtomobilin görüntülərini təqdim edir:

BAKU.WS

Mənbə: baku.ws