Oğul anasını yatdığı yerdə öldürdü

Oğul anasını yatdığı yerdə öldürdü<span class="qirmizi"></span>

Rusiyada oğul anasını öldürüb.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə martın 31-də Saratov vilayətinin Petrovsk şəhərində baş verib. Anasını öldürməkdə şübhəli bilinən 19 yaşlı gənc saxlanılıb.

İlkin məlumata görə, 19 yaşlı oğlan valideynləri ilə birlikdə yaşadığı ünvanda olub. O, şəxsi düşmənçilik zəminində yatmış 54 yaşlı anaya bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Hadisənin bütün səbəbləri və şəraiti müəyyən edilir.

Mənbə: lent.az