Fazil Mustafa terrorunda İranın "əl və ayaq" izləri tapıldı - VİDEO

Fazil Mustafa terrorunda İranın "əl və ayaq" izləri tapıldı - VİDEO<span class="qirmizi"></span>

"Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir".

Xezerxeber.az məlumat verir ki, Azərbaycan xarici işlər nazirliyinin İranlı həmkarlarına cavabında deyilir.

Bununla da Azərbaycan Xarici İşlər nazirliyi cinayətin İran tərəfindən törədilməsinə dair əsaslı məlumatlar əldə etdiyini rəsmi olaraq açıqlamış oldu.

XİN İran tərəfinin iddialarının əksinə olaraq rəsmi Bakının öz ərazisindən başqa bir ölkəyə müdaxilə üçün üçüncü ölkərə heç zaman imkan vermədiyini bildirib. Bununla yanaşı molla rejimi nümayəndəsinin dediyi kimi, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İsraildəki görüşlərin heç birində İrana qarşı ittiham səsləndirməyib.

Ancaq bütün bunlara baxmayaraq İran tərəfindən son zamanlar rəsmi olaraq Azərbaycana qarşı açıq düşmənçilik ruhunda açıqlamalar, bəyanatlar verilib.

Ayxan Hacızadə onu da diqqətə çatdırıb ki, Kənaninin açıqlamalari İran-Azərbaycan münasibətlərinin böhran vəziyyətinə salınmasına hesablanan növbəti addım kimi dəyərləndiririlir.

XİN sözçüsü bildirib ki, Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır.

 

 

Mənbə: big.az