Belarusun ölümü Minsk üçün elə də bir önəm kəsb etmir...

Belarusun ölümü Minsk üçün elə də bir önəm kəsb etmir...<span class="qirmizi"></span>

...Kremennaya yaxınlığında rus qoşunları “Tornado” cəza batalyonunun keçmiş döyüşçüsü, belaruslu “Mücahid” ləqəbli Daniil Lyaşuku məhv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bəzi Belarus saytları az qala şadyanalıqla təqdim ediblər.

Belarusların yazdığına görə, Lyaşçuk 2017-ci ildə Donbass sakinlərinə işgəncə vermək də daxil olmaqla, ağır cinayətlər törətməkdə ittiham olunaraq Ukrayna hakimiyyəti tərəfindən on il müddətinə azadlıqdan məhrum edilibmiş.

Qeyd edirlər ki, Lyaşçukun ölümünü Ali Radanın keçmiş deputatı Andrey Lozovoy da təsdiqləyib.

Lyaşçuk cinayət təşkilatı yaratmaqda, adam oğurluğunda, qanunsuz həbsdə, işgəncələrdə və Donbas sakinlərini zorlamaqda ittiham olunan 12 “Tornado” döyüşçüsü arasında olub.

O, 2015-ci ildə 12 il həbs cəzası alıbmış.

Yenə də bəzi Belarus saytlarının yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenski Lyaşçuku, eləcə də digər “Tornado” veteranlarını Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından sonra cəbhəyə göndərilmək şərti ilə əfv edib.

Bu dövrdə Lyaşçukun cəbhədəki hərəkətləri barədə çox az məlumat olsa da, amma, sən demə, onun rus məhbuslarının edamında iştirak etdiyi barədə Minskə məlumatlar çatırmış. Məhz elə ona görə də “Tornado”çunun ölümü Minsk üçün elə də bir önəm kəsb etmir.

Ağasəf Babayev

Mənbə: sia.az