Coratda batan şəxsi xilas etdilər

Coratda batan şəxsi xilas etdilər

Bu gün Coratda, xilasetmə məntəqəsinin ərazisində çimən bir nəfər batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, o, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunub.

Mənbə: www.oxu.az