Bakıda xəsarətlə nəticələnən avtoqəza olub

Bakının Sabunçu rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Pirşağı yolunda baş vermiş hadisə zamanı 1961-ci il təvəllüdlü Məmmədov Yusif Niftəli oğlu xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtoxuliqan belə ələ keçdi- VİDEO

SONRAKI XƏBƏR

"Liverpul"da yeni müqavilə