Bərdədə qohumların davasında bir nəfər bıçaqlanıb

Bərdədə qohumlar arasında baş vermiş münaqişə bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bərdə Rayon Xəstəxanasına çatdırılan 1981-ci il təvəllüdlü Cəfərov Afiq Novruz oğlu sol təpə nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

A.Cəfərovun vəziyyəti hazırda orta ağırdır.

Faktla bağlı araşdırma aparılır, hadisənin konkret kim tərəfindən törədildiyi araşdırılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Yeni Zelandiya Kraystçörç atıcısının “manifest”inin yayılmasına görə Ukrayna ilə əlaqə yaradacaq

SONRAKI XƏBƏR

"Traktor" yeni mövsümə heç-heçə ilə başladı