İranda 13 alpinist dağda itkin düşüb

İranda 13 alpinist Çahar-Mahal və Bəxtiyari əyalətinin Kiyar şəhərinin Tənge Zendan bölgəsində dağda itkin düşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Çahar-Mahal və Bəxtiyari əyaləti üzrə idarənin baş direktoru Seyid Əhməd Murtəzəvifərd deyib.

O bildirib ki, itkin düşən 13 nəfər alpinistin axtarışlarına başlanılıb: "Hazırda 3 axtarış komandası və bir helikopter bölgədə axtarış işləri aparır".

Qeyd edək ki, itkin düşən alpinistlər İranın İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərindəndir. Onların kimliyi açıqlanmayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Milli şəhərsalma və tikinti normativ sənədləri hazırlanacaq

SONRAKI XƏBƏR

Monarxiyalı gələcək, özü gəlməyəcək