Gürcüstanda meşə yanğınları: onlarla texnika, helikopter...

Gürcüstanın Qori rayonu ərazisindəki meşə sahəsində güclü yanğınlar başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə Sərhəd Polisinin iki helikopteri, onlarla yanğınsöndürən maşın və xüsusi texnika və yerli sakinlər cəlb olunub.

“Yanğın 40 hektar ərazini əhatə edir”, - məlumatda bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Sentyabrın 1-dən 950 min insanın maaşı artacaq - RƏSMİ

SONRAKI XƏBƏR

Dağa qalxan 4 nəfəri ildırım vuraraq öldürdü