Ərdoğan özünü pis hiss etdi, canlı yayım dayandı… - VİDEO

Ərdoğan özünü pis hiss etdi, canlı yayım dayandı… - <span class="qirmizi">VİDEO</span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə media orqanına müsahibə verərkən, özünü yaxşı hiss etmədiyini deyib və yayım dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qısa aradan sonra isə yayım bərpa edilib və Ərdoğan sualları cavablandırmağa davam edib.

Ərdoğan bildirib ki, iki gündür gərgin təbliğat kampaniyasındadır və bir qədər soyuqlayıb. İzləyicilərdən üzr istəyən Ərdoğan sutkada 18 saatlıq iş rejimi səbəbindən sorulduğunu da təsdiqləyib.

Mənbə: axar.az