Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü- DƏHŞƏT...

Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü- DƏHŞƏT...

ABŞ-da Tennessi əyalətinin Çatanoqa şəhərində bir nənə dəcəllik edən ögey nəvəsinin ayağına qaynar suya salıb.

Moderator.az xəbər verir ki, Cenifer Vafn adlı nənənin bu dəhşətli hərəkətindən sonra topuqlarından ayaq barmaqlarına qədər ikinci dərəcəli yanığı olan azyaşlının ayağı şar kimi şişib.

Dəcəllik etdiyi üçün kiçik qızın ayağına qaynar su tökən ögey nənə uşağı yandırdıqdan sonra qızına təlaş içində zəng edərək nəvəsinin ayağına qaynar su töküldüyünü deyib.

Doqquz gündür xəstəxanada müalicə altında olan kiçik qızın vəziyyətinin gündən-günə ağırlaşdığı və infeksiyaya yoluxma riskinin çox olduğu üçün ayağını itirmək təhlükəsi ilə qarşı-qarşıya olduğu bildirilib.

Kamran

Mənbə: moderator.az