Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib

Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib

Tehran, 24 avqust, AZƏRTAC

Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib.

AZƏRTAC xəbər verir ki, F-18 qırıcı təyyarəsi əməliyyat uçuşundan sonra gəminin göyərtəsinə enərkən əyləc sistemində nasazlıq yaranıb. Vaxtında və yerində dayana bilməyən təyyarə göyərtədəki digər təyyarələrə dəyib. Nəticədə 4 ədəd F-18 qırıcı və 1 ədəd E2D hərbi kəşfiyyat təyyarəsi tamamilə yararsız vəziyyətə düşüb. İnsan itgisi haqqında məlumat verilmir. Nəticədə ABŞ-ın hərbi dəniz qüvvələrinə 1 milyard dollara yaxın ziyan dəyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az