1500 illik Tövrat əl yazması ələ keçirildi

1500 illik Tövrat əl yazması ələ keçirildi

Türkiyənin Tekirdağ bölgəsində polis işçiləriin təşkil etdiyi əməliyyatda 1500 illik olduğu deyilən Tövrat ələ keçirilib.

Milli.Az Metbuat.az-a istinadən bildirir ki, polis işçiləri 2 şəxsin tarixi əsər dəyəri daşıyan və ivrit dilində yazılmış tövrat kitabını satmaq istədiklərini müəyyən edib.

Əməliyyat təşkil edən polislər şübhəliləri izləyərək 17 səhifəlik Tövrat əl yazmasını ələ keçiriblər.

Tövrat əl yazmasını satmağa çalışan Y.K və E. Ş adlı şəxslər saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Milli.Az

Mənbə: news.milli.az